Piter Semnebi: “Dağlıq Qarabağ problemi region ölkələri üçün təhlükə törədir”

Piter Semnebi: “Dağlıq Qarabağ problemi region ölkələri üçün təhlükə törədir”

"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi həddən artıq uzanır və regiona ölkələri üçün, regiona qonşu ölkələr üçün təhlükə törədir. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi "Kommersant" qəzetinə müsahibəsində söyləyib. Onun sözlərinə görə, münaqişənin həlli üçün bütün tərəflər prosesin normallaşdırılmasına yardım göstərməlidirlər: "Dağlıq Qarabağ münaqişəsinin 40 il ərzində həll edilməməsi faciəvi hal olardı. Münaqişəni həll etmək üçün danışıqlar davam etdirilməli, eyni zamanda bu danışıqların müsbət həlli üçün çox səy göstərmək lazımdır. Son zamanlar qoşunların təmas xəttində insidetlərin baş verməsi hallarının mövcudluğunu müşahidə edirik, atəşkəs rejimini gücləndirmək vacibdir, zəruridir. Atəşkəs əlbəttə ki, problemləri həll etmir, lakin o danışıqlar prosesinin normallaşdırılmasına yardım göstərir".

 

Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin 49 il artırılması ilə bağlı imzalanan sazişə münasibət bildirməyən Piter Semnebi qeyd edib ki, bütün hallarda bu Avropa İttifaqının maraq dairəsindədir: "Bu Rusiya və Ermənistanın öz daxili işidir. Lakin bu məsələ əlbəttə ki bizi maraqlandırır. Fikrimcə, bu gün müxtəlif tərəflərlə məsləhətləşmələr keçirmək və qonşuları bu sazişin onlar üçün təhlükə törətmədiyinə inandırmaq zəruridir. Nə Dağlıq Qarabağ münaqişəsinin, nə digər münaqişələrin hərbi yolla həllinə imkan vermək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə