Lənkəranda Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib

Lənkəranda Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib

Lənkəran şəhər Gənclər Evində 18 Oktyabr Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib. Şəhər Gənclər və İdman İdarəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, tədbiri giriş sözü ilə açan idarənin rəis müavini Vüsal Nəsirli bildirib ki,dövlətimz çətin və şərəfli yol keçərək müstəqillik qazanıb. İndi müstəqil Azərbaycanımızın gəncləri Heydər Əliyev siyasətinin uğurunu lazımınca dəyərləndirir və hər ilin bu günü müxtəlif tədbirlərlə ümumxalq bayramını qeyd edirlər.

Tədbirdə daha sonra Lənkəran Dövlət Universitetinin müəllimi Kamal Mahmudov çıxış edərək ölkəmizdə müstəqillik yolunda ümummilli lider H.Əliyevin apardığı müdrik siyasətdən, ümumilikdə müstəqilliyi zəruri edən başlıca amillərdən geniş məlumat verib.

Tədbirdə iştirak edən gənclər söz alaraq muasir Azərbaycanda gənclərin potensialının üzə çıxarılması və tətbiqi üçün geniş meydan açıldığını qeyd edib,bu istiqamətdə gənclərin əldə etdiyi uğurlardan danışıblar.

Dəyirmi masa qarşılıqlı diskussiya şəklində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə