İsrailin ölkəmizdəki səfiri Tovuz rayonunda olub

İsrailin ölkəmizdəki səfiri Tovuz rayonunda olub

İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon Lotem millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuz rayonuna səfər edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, qonaqlar rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb.

İsrail səfiri rayonun iqtisadi göstəriciləri ilə maraqlanıb.

Daha sonra diplomat rayonun ermənilərlə sərhəddə yerləşən Əlibəyli və Ağdam kəndlərinə də baş çəkib, əhalinin yaşayış şəraiti ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə