“İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri”

“İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri”
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ölkəmizdə istehsalatda baş verən hadisələri nəzərə alaraq konfederasiyanın üzvü olan müəssisə və təşkilatların əməyin təhlükəsizliyi məsələləri ilə məşğul olan məsul işçilərə seminar təşkil edir. Bu barədə SİA-ya ASK-nın mətbuat xidmətindən məlumat verilib.
Seminar ASK-nın Almaniyanın Bildunswerk Der Wirtshaft təşkilatı ilə bağlanan Tərəfdaşlıq layihəsinə uyğun olaraq həyata keçiriləcək.

Seminarı Almaniyadan gələn təcrübəli ekspert aparacaq və əməyin təhlükəsizlik məsələləri haqda alman-Azərbaycan təcrübəsi üzrə fikir mübadiləsi aparılacaq.
Bundan başqa ASK ilə Azərbaycan Milli QHT Forumu ilə ikitərəfli əməkdaşlıq müqaviləsi də imzalanacaq.

Qeyd edək ki, seminar 19 oktyabr 2010-cu il tarixində saat 10:30 da ASK-nın (Akademik Həsən Əliyev küçəsi 57) konfrans zalında "İşəgötürənlərin iş yerlərində əməyin təhlükəsizliyi üzrə cavabdehlikləri" mövzusunda reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə