Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm. Bu xoş fürsətdən istifadə edərək, bu ilin oktyabr ayında Azərbaycan Respublikasına rəsmi səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək. Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır. Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm. Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram". Serbiya Prezidenti Aleksandr Vuçiç da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ailənizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm. Fürsətdən istifadə edərək, səmimiyyətə, qarşılıqlı hörmətə və inama, hüquq bərabərliyinə söykənən və dostluq xarakteri daşıyan əlaqələrimizin möhkəmləndirilməsinə verdiyiniz şəxsi töhfələrinizin əhəmiyyətini vurğulamaq istərdim. Həmçinin ölkələrimiz arasında mövcud olan, uzun illər ərzində uğurlu nəticələr verən əməkdaşlıq da böyük əhəmiyyət daşıyır. Serbiya ali səviyyədə qurulmuş dialoqu yüksək qiymətləndirir, Münxendə və İstanbulda keçirilmiş müxtəlif beynəlxalq forumlar çərçivəsində görüşlər və qarşılıqlı səfərlər isə ölkələrimiz arasındakı əməkdaşlığa güclü töhfə verib və verməkdə davam edir. Zati-aliləri, Sizə Azərbaycan Respublikasının rifahı, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm. Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB