“Regionlarımızı brendləşdirək” layihəsi start götürüb

“Regionlarımızı brendləşdirək” layihəsi start götürüb

Bildiyiniz kimi, MYBRAND’s FASHION CLUB tərəfindən "Regionlarımızı brendləşdirək" layihəsi start götürüb. "İrəli" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində MYBRANDS şirkəti oktyabr - noyabr ayları ərzində Sabirabad rayonunda 4 idman növü üzrə yarışların əsas partnyoru qismində çıxış edir. Futbol üzrə ADİDAS Turniri, Voleybol üzrə NİKE Turniri, Güləş üzrə PUMA Turniri, Şahmat üzrə NOVCO Turniri bu yarışlara misaldır.

Sabirabad rayonunda məktəblilər arasında şahmat üzrə turnirin finalı keçirilib. 40-dən çox məktəblinin qatılması ilə keçirilən turnirdə aşağıda göstərilən yaş qrupları üzrə qaliblər müəyyənləşdirilib:

8 yaşlılar qrupu üzrə:

1-ci yer: Səbuhi Quliyev,

2-ci yer: Murad Həsənov,

10 yaşlılar qrupu üzrə:

1-ci yer: Səmral Qasımov,

2-ci yer: Fərid Abbasov,

11-12 yaşlılar qrupu üzrə:

1-ci yer: Xəzər Qasımov,

2-ci yer: Süleyman Quliyev,

13-14 yaşlılar qrupu üzrə:

1-ci yer: Nicat Şıxıyev,

2-ci yer: Səməd Səmədov,

15-16 yaşlılar qrupu üzrə:

1-ci yer: Mirheydər Cəfərov,

2-ci yer: Rəşad Novruzov

Qaliblər MYBRAND’s tərəfindən NOVCO istehsalı olan hədiyyələr və kuboklarla mükafatlandırılıb.

Qeyd edək ki, layihənin partnyorları MYBRANDS Fashion Club, "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə