PA rəsmisi: “Paraqvayın Xocalı soyqırımını tanıması uğurlu addımdır”
“Paraqvay parlamentinin Xocalı soyqırımını tanıması Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib.
Prezidentin köməkçisinin sözlərinə görə, Paraqvayda Azərbaycan haqqında məlumatlı olanlar, eləcə də bizim bu gün Paraqvay haqqında məlumatlarımız o qədər çox deyil: “Bütün bunların hamısı müəyyən işin, prosesin, aparılan danışqıların, görülən işlərin nəticəsində ortaya çıxır. Bu nöqteyi-nəzərdən qeyd edə bilərəm ki, doğurdan da bu addım çox uğurludur. Nəhayət ki, bu ölkəyə də mövqeyimizi çatdıra bilmişik. Təbii ki, bu istiqamətdə işlər davam edir. Artıq Xocalı faciəsini soyqırımı kimi qəbul edən ölkələr çoxdur. Şübhəsiz ki, bu ölkələrin sayı getdikcə artacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB