Hollandiyanın yeni hökumәti ölkәdәki mühacirlәri tәşvişә salıb
Hollandiyada İrqçi Azadlıq Partiyasının dәstәyi ilә formalaşdırılan azlıq hökumәti ölkәdәki mühacirlәri tәşvişә salıb. SİA-nın məlumatına görə, proqramını mühacirət və islam əleyhdarlığı üzərində qurmaqda ittiham olunan koalisiya hökümәtinin işә başlaması ilә ölkәdә yaşayan mühacirlәrin narahatlığı artıb.
Hollandiya Diyanәt Fondu, son hәftәlәr әrzindә mәscidlәrә qarşı silahlı hücumların sayının artdığını bildirib. Ana müxalifәt hökumәtdәn bu cür hücumlara zәmin yaradacaq siyasәt yeritmәmәsini tәlәb edib.
Hollandiyada sәhiyyә nazirinin kömәkçisi seçilәn Marlies Van Zantenin hәm Hollandiya, hәm dә İsveç vәtәndaşı olması vә irqçi lider Gert Vildersin buna şәrait yaratması vәziyyәti daha da gәrginlәşdirib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB