Türkiyәnin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesindә üzlәşdiyi ikili standartların siyahısına daha biri әlavә olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fransada hakimiyyәtdә olan Xalq Hәrəkatı Birliyinin deputatları ölkәnin üzlәşdiyi maliyyә problemini sәbәb göstәrәrәk AB fondlarına edilәn yardımdan Türkiyәyә ayrılan payın kəsilməsi ilә bağlı qanun layihəsi rәli sürüblәr. 50-yә yaxın millәt vәkilinin 2011-ci ilin büdcә layihәsi ilә bağlı tәklifi "Le Monde" qәzetindә dәrc edilib.
Qəzet yazır ki, tәklif Avropa Birliyinә üzv ölkәlәr tәrәfindәn 2007-2013-cü illәrdә Türkiyәyә "tam hüquqlu üzvlük" üçün verilmәsi planlaşdırılan 900 milyon avrodan Fransanın payına düşәn 127 milyon avronun kəsilməsi ilə bağlıdır.
Fransanın qarşılaşdığı iqtisadi problemlәrin nәzәrә alınmasını tәlәb edәn deputatlar qәbul etdiklәri ortaq sәnәddә istәr fransızların, istәrsә dә türklәrin tam hüquqlu üzvlük mәsәlәsini artıq dәstәklәmәdiklәrini, lakin bunun ayrı-seçkilik olmadığını vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB