Deputatlığa namizədlərin sayı 719 nəfərə çatıb

Deputatlığa namizədlərin sayı 719 nəfərə çatıb

Oktyabrın 17-dək deputatlığa namizədlərin sayı 719 nəfərə çatıb. Onlardan 98-i qadındır.

Mərkəzi Seçki Komissiyasından SİA-ya verilən məlumata görə, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 1412 nəfər imza vərəqi götürüb. Onlardan 1115-i imza vərəqlərini və digər zəruri sənədləri DSK-lara təqdim etmiş, 297 nəfər imza vərəqlərini geri qaytarmamış, 72 nəfər isə namizədlikdən imtina edib. DSK-lar 324 nəfərin namizədliyinin qeydə alınmasından imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə