Rusiyada daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Rusiyada daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Rusiya rəsmiləri ölkənin cənubunda, Krasnodar ərazisində daşqınlar nəticəsində azı 10 nəfərin həlak olduğunu bildiriblər. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ağır leysan yağışları yeddi kəndi suya qərq edərək təxminən 300 nəfəri evlərini tərk etməyə məcbur edib.

Təbii fəlakətin ziyan vurduğu əraziyə fövqəladə status verilib. Prezident Dmitri Medvedev dəyən zərəri qiymətləndirmək və daşqın qurbanlarına lazımı kömək göstərmək üçün agentliklərə təlimatlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə