Nazir Kəmaləddin Heydərov Avstriyanın Azərbaycandakı səfirini qəbul edib
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Avstriyanın ölkəmizdəki səfiri xanım Silvia Mayer-Kaybiçi qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı nazir ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq, Avstriyanın Azərbaycanda yeni açılmış səfirliyinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.
Daha sonra K.Heydərov FHN və onun qurumları, eyni zamanda nazirlik tərəfindən həyata keçirilən və planlaşdırılan layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə səfiri məlumatlandırıb.
Səfir də öz növbəsində hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərilməsinin əhəmiyyətini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB