ATƏT Parlament Assambleyasının seçkiqabağı müşahidə missiyasının rəhbəri Volfqanq Qrossuk Azərbaycan siyasi partiyalarının liderləri ilə görüşüb

ATƏT Parlament Assambleyasının seçkiqabağı müşahidə missiyasının rəhbəri Volfqanq Qrossuk Azərbaycan siyasi partiyalarının liderləri ilə görüşüb

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının seçkiqabağı müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Volgqanq Qrossuk parlament seçkilərində iştirak edən siyasi partiyalarının rəhbərləri və təmsilçiləri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, KXCP sədrinin müavini Bəybala Əbil, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, ALP sədri Əvəz Temirxan və DİP sədri Asim Mollazadə iştirak ediblər. Görüşdə Azərbaycanda 7 noyabra tarixində keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti, seçki prosesinin ilkin mərhələsinin gedişi və seçki kampaniyasının aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşə missiyanın üzvlərindən ATƏT PA-nın Vyanadakı xüsusi nümayəndəsi Andreas Notelle və Avstriyanın ATƏT PA-dakı nümayəndə heyətinin katibi Lukas Mussi, ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel də qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə