Ərdoğan Trampa çağırış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampı Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarını ləğv etməyə çağırıb. SİA-nın xəbərinə görə, Türkiyə prezidenti bu barədə öz Twitter hesabında qeyd edib.

"Biz böyük məmuniyyətlə BMT Baş Assambleyasının Yerusəlimlə bağlı qərarını alqışlayırıq. Biz gözləyirik ki, tramp administrasiyası öz uğursuz qərarını lğv edəcək, qanunsuzluq aradan qaldırılacaq"- deyə, Ərdoğan qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə