Yeni Azərbaycan Partiyasından qovulan üç nəfər şəxsin kimliyi məlum olub
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) qovulan üç nəfər şəxsin kimliyi məlum olub. SİA-nın xəbərinə görə, bunlar namizədliklərini 16 saylı Yasamal II, 89 saylı Göyçay-Ağdaş və 109 saylı Balakən seçki dairələrindən irəli sürmüş şəxslərdir.
16 saylı Yasamal II Seçki Dairəsindən namizədliyi özü tərəfindən irəli sürülmüş şəxs YAP Nərimanov rayon təşkilatının üzvüdür.
YAP-dan xaric edilən digər namizəd 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən qeydə alınıb.
Üçüncü şəxs isə 109 saylı Balakən Seçki Dairəsindən namizədliyi özü tərəfindən irəli sürüb. Məlumatda həmin şəxsin İqtisadi İnkişaf Nazirliyinin Abşeron rayon şöbəsində böyük məsləhətçi vəzifəsində çalışdığı bildirilir.
Qeyd edək ki, hazırda partiyadan çıxarılmış həmin şəxslərin YAP sıralarından çıxarılması ilə bağlı protokollar müvafiq dairə seçki komissiyalarına göndərilib ki, onların adlarının qarşısından YAP sözü çıxarılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB