ABŞ gələn ilin iyulunda Əfqanıstandakı əsgərlərini geri çəkmə prosesini başlatmağa hazırlaşır. SİA-nın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, Əfqanıstan hərbçilərinin və polisinin ölkənin təhlükəsizliyini öz üzərinə götürməsi üçün NATO ciddi təlimlər həyata keçirir.
NATO-nun Əfqanıstandakı təlimlərə məsul nümayəndəsi, general Uilyam Kaldvell Ankaraya gəlib və Türkiyədən gözləntilərini diqqətə çatdırıb.
"TRT Haber" kanalına müsahibəsində Kaldvell türk əsgərinin bölgədəki fərqini vurğulayıb. Əfqanıstanın əsgər və polis olmaq istəyən namizədlərinin Türkiyə əsgəri ilə çox fərqli əlaqə qurduqlarını və fəqli yaxınlıq içərisində olduqlarını söyləyən Kaldvell bildirib ki, bölgədə fəaliyyət göstərən 27 türk təlimçi yalnız intizamlı təlim keçmir, həm də əfqan gənclərə nümunə olur.
Amerikalı general bildirib ki, yanvar ayında 500 əfqan polisi 6 aylıq müddətə Sivas vilayətinə gələcək. Onlara burada təlimlər keçiriləcək. Kaldvell bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi ilə razılaşma əldə edildiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB