“Müşahidəçilər üçün yaddaş” və “Seçki günü üçün yaddaş” kitabçaları işıq üzü görüb
Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş" və "Seçki günü üçün yaddaş" kitabçaları işıq üzü görüb. SİA-ya MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, "Müşahidəçilər üçün yaddaş"da müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanib. "Müşahidəçilər üçün yaddaş" kitabçası MSK-nın maarifləndirmə proqramına uyğun olaraq nəşr olunub.
Məlumatda bildirilir ki, MSK 7 noyabr 2010-cu ilə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün "Seçki günü üçün yaddaş" kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin edib. Yaddaş kitabçasının girişində MSK-nın sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer alıb. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.
"Seçki günü üçün yaddaş"da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. "Seçki günü üçün yaddaş"da MSK-nın maarifləndirmə proqramının tərkib hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB