"Bakıda keçirilən üçtərəfli görüşün perspektivləri uzun müddəti əhatə edəcək" ŞƏRH

"Bakıda keçirilən üçtərəfli görüşün perspektivləri uzun müddəti əhatə edəcək" ŞƏRH

“Ötən gün Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakı görüşü çox əhəmiyyətli, önəmli idi. Çünki, bu görüşdə hər üç dövlətin maraqlarına cavab verən bir sıra məqamlar və amillər var”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov nazirlərin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, görüşdə ümumi layihələrlə yanaşı, həm terrorla, həm radikal ekstremizlə, həm də narko-trafikə qarşı mübarizə yolları, səylərin gücləndirilməsi və bu istiqamətdə atılacaq addımlar ciddi şəkildə müzakirə edilib: “Görüşün ümumi bəyənnaməsində də bu məsələlər öz əksini tapıb. Çünki regionda stabillik yaratmaq üçün bu məsələlər mütəq şəkildə həm müzakirə olunmalı, bu risklərə, təhlükələrə qarşı yollar axtarılıb tapılmalıdır. Təbii ki,ayrı-ayrı ölkələr bu məsələnin öhdəsindən tək gələ bilməzlər”.

Bir sıra layihələrin həyata keçirilməsində Azərbaycanın böyük rola malik olduğunu deyən F.Sadıqov söyləyib ki, ölkəmiz bir sıra mühüm istiqamətləri birləşdirir: “Bildiyiniz kimi, Azərbaycan həm Bakı Tbilisi-Qars layihəsini, həm də Şimal-Cənub layihəsinin həyata keçirən ölkədir. Belə olan halda, hər üç ölkənin XİN başçılarının Bakıdakı görüşü çox mühümdür. Görüşün perspektivləri uzun müddəti əhatə edəcək".

Politoloq əlavə edib ki, dünyada gərgin geosiyasi fonunda bu cür üçlük formatların, layihələrin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür.

Xatırladaq ki, dekabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə