İrəvanda Ermənistan prezidentinin iqamətgahı yanında bir qrup yezidi kürd aksiya keçirib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, yezidilər prezident Serj Sarkisyana şikayət məktubu gətiriblər. Onlar Ermənistanda müsəlman kürdlərin olmadığı halda Təhsil Nazirliyinin kürd dilində dərslik çap etməsinə etirazlarını bildiriblər. Yezidilərin sözlərinə görə, müsəlman kürdlərin dialektində dərc olunmuş kitablardan nəinki onlar faydalanır, hətta təhsili almalarına mane olur və milli haqları pozulur.
Aksiya iştirakçıları Ermənistan parlamentində öz nümayəndələrinin olmasını da tələb ediblər. Onlar bildiriblər ki, rəsmi məlumatlara görə Ermənistanda yezidi kürdlərin sayı təxminən 60 mindir, lakin real nəticə rəsmi rəqəmdən daha yüksəkdir.
Yezidlər bildiriblər ki, Serj Sarkisyanın onların məktubuna cavabını gözləyəcəklər. Əgər tələblərinə baxılmasa yezidi kürdlər irimiqyaslı etiraz aksiyalarına başlamağa söz veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB