Bu il oktyabrın 29-da Qazaxıstan Azərbaycanlılarının Almatı şəhərində I qurultayı keçiriləcək. Bu barədə SİA-ya Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin prezidenti Əbülfəz Müslümoğlu verib. Qurultayda Qazaxısanın bütün vilayətlərində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin rəhbərləri, dəvətlilər, həmçinin Azərbaycan və Qazaxıstanın rəsmi dairələrinin nümayəndələri, Qazaxıstan Xalqları Assambleyasına daxil ayrı-ayrı millətlərin cəmiyyət başqanları, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan və başqa ölkələrdən yurddaşlarımız qatılacaqlar.
Qurultayda Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin prezidenti Əbülfəz Müslümoğlunun hesabat məruzəsi, eyni zamanda bütün bölgə başçılarının hesabatları dinləniləcək, qarşıda duran mühüm vəzifələr müəyyən olunacaq, bir sıra məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, qurultaya Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da dəvət olunub. Xatırladaq ki, Qazaxıstanın bölgələrindən qurultaya dəvət olunan səsvermə mandatına sahib olan nümayəndələrin Almatı şəhərinə gəlib qayıtma və 2 günlük yerlə, yeməklə təmin olunma xərcləri diaspor başçısının ayırdığı vəsait hesabına ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB