2012-ci ildə Rusiyada keçiriləcək prezident seçkiləri Putinin Kremlinə geri dönməsinə "yardımçı" ola bilər
Moskva şəhər Duması yeni meri müəyyənləşdirib. SİA-nın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev baş nazirin müavini Sergey Sobyanini Moskva meri kimi namizədliyini irəli sürüb. 52 yaşlı Sobyaninin təyinatı Moskva şəhər Dumasında artıq təsdiqlənib.
Moskvanın xüsusi şəhər olduğundan və burada belə vəzifənin icra edilməsinin çətinliyindən danışan dövlət başçısı S.Sobyaninin təyinatının müvəffəqiyyətli olacağına inandığını qeyd edib: "Moskva bütün ölkənin administrativ mərkəzi olduğu üçün çox böyük şəhərdir və son illərdə sürətlə inkişaf edir. Moskvada hər hansı bir vəzifəni icra etmək çətindir. Şəhər əhalisinin çoxluğu və bir sıra ictimai problemləri ilə ciddi nəzarətə ehtiyacı olan şəhərdir. Amma mən Sobyaninin bu vəzifəni layiqincə icra edəcəyinə əminəm".
Medvedevə təşəkkür edən Sobyanin üzərinə böyük məsuliyyət yükləndiyini dilə gətirib: "Mənə güvəndiyiniz üçün sizə təşəkkür edirəm. Moskvada bir müddət yaşadığım üçün şəhərin problemlərini bilirəm. İctimai mövzular, rüşvətlə mübarizə kimi məsələlər prioritetlərimiz arasında olacaq. Bu məsəslələrin idarə olunması olduqca çətindir. Ona görə də, mən vəzifəmlə yanaşı böyük məsuliyyət daşıyıram və bütün mövzuların idarə olunması üçün əlimdən gələni əsirgəməyəcəm".
Qeyd edək ki, S.Sobyaninin mer təyin edilməsi Moskvada keçiriləcək 2012-ci il prezident seçkilərində Rusiyanın baş naziri Putinin Kremlə geri dönəcəyinə işarə kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB