Azərbaycan səfiri etimadnaməsini Uruqvay Prezidentinə təqdim edib
Azərbaycanın Argentinada eyni zamanda Uruqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Uruqvay Prezidenti Tabare Vaskesə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Uruqvay Prezidentinə çatdırıb.
Uruqvay Prezidenti, öz növbəsində, onun salamlarının və ən xoş arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.
Prezident Tabare Vaskes səfir Rəşad Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB