Ali Məhkəmənin hakiminin həyat yoldaşını qətlə yetirən şəxs tutulub - KRIMINAL
Bakıda Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirən şəxs tutulub. Nizami Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Natəvan Mahmudovanı qətlə yetirən şəxs 38 yaşlı Xalidə Bababəy qızı Əhmədovadır. Buzovna qəsəbəsində yerləşən hərbi şəhərcikdə yaşayan X.Əhmədova artıq polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanına təhvil verilib.
O, ilkin dindirmə zamanı birdirib ki, qətli sələm pul üstündə törədib. B.Xalidə dindirilmə zamanı N.Mahmudovanı öldürmək məqsədi olmadığını deyib. O, qeyd edib ki, həmin gün pul məsələsi üçün N.Mahmudovanın evinə gəlib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı balışı mərhumun ağzına sıxaraq boğub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB