Yaxud, Əli Kərimlinin müavini nəyi gizlədir?
Bir neçə gün öncə Qazax rayon məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlın məlum cinayət işi üzrə məhkəmə iclası keçirilərkən, bəzi qaranlıq məqamlar üzə çıxmağa başlayıb. Daha doğrusu, ona qarşı sürülən ittihamları qəbul etmədiyini deyən Əli Kərimlinin müavini həmin ittihamlar barədə sonra danışacağını deyib. Burada isə bəzi məqamlar özünü ilginc tərəfdən göstərib. Yəni sual oluna bilər ki, G.Bayramlı nəyə görə bu gün də danışa biləcəklərini sonraya saxlayıb? Məgər sonraya saxladığı fikirlərini indi desəydi nə baş verə bilərdi? Məhz bu kimi suallar kontekstində məsələyə yanaşdıqda digər bir iddia dolayısı ilə özünü doğruldur.
Gözəl Bayramlı istefa ərizəsini AXCP sədrinə təqdim etmək üçün məqam gözləyir
Çünki bu gün istər AXCP, istərsə də “Milli Şura”da G.Bayramlının sədr müavinliyindən istefa verilməsi barədə söz-söhbətlər getməkdədir. Belə ki, Ə.Kərimli G.Bayramlının həbsinin ardınca uzağı bir neçə dəfə sosial şəbəkədə, yaxud da keçirilən aksiyalarda onun müdafiəsinə hesablanmış pafoslu çıxışlardan başqa heç bir addım atmayıb. Necə deyərlər, “xala xətrin qalmasın” mövzusunda olan çıxışların G.Bayramlıya heç bir mənəvi təsiri olmayıb. Hətta onun yaxınlarından sızan bəzi məlumatlara görə, Ə.Kərimlinin müavini öz istefa ərizəsini yazıb və sadəcə, həmin ərizəni AXCP sədrinə təqdim etmək üçün məqam gözləyir.
Digər tərəfdən, G.Bayramlının məhkəmədə həbs olunmasının səbəbləri barədə “sonra danışacağam” deməsi onun hansısa ciddi məsələləri gizli saxladığını göstərir. Eyni zamanda, onun indi olmasa belə, sonradan nə isə danışacağını bəyan etməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq G.Bayramlı Ə.Kərimlinin oynadığı çirkin oyunlarının güdazına getməsinin fərqinə varmağa başlayıb. Sadəcə, bunu ictimailəşdirmək üçün münasib zaman ayırıb və vaxtı çatanda açacaq sandığı, tökəcək pambığı...
“Sonra danışacağam” ifadəsinin arxasında üzə çıxacaq bir sıra maraqlı amillər dayanıb
Yeri gəlmişkən, G.Bayramlının vəziyyətini digər müavin Fuad Qəhrəmanlı ilə də eyniləşdirmk mümkündür. Əgər diqqət yetirsək görərik ki, son günlər F.Qəhrəmanlı barədə heç Ə.Kərimlinin özü də heç bir status paylaşmır. Hallbuki, Nardaran hadisələrində F.Qəhrəmanlını önə çıxaran, qızışdıran da məhz Ə.Kərimli olmuşdu. O cümlədən, F.Qəhrəmanlı istefa verməsə belə, onun da yaxınlarda AXCP-dən ayrılacağını təxmin etmək olar.
Beləliklə, G.Bayramlının məhkəməsində “sonra danışacağam” ifadəsinin arxasında üzə çıxacaq bir sıra maraqlı amillər dayanıb. Sadəcə, qalır istefaların rəsmi olaraq reallaşdırılmasına ki, buna da çox vaxt qalmayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB