Pakistan vasitəçilik etməyə razıdır

Pakistan vasitəçilik etməyə razıdır

Pakistan regionda sülhün təbliği məqsədi ilə əfqan hökumətilə Taliban arasında barışıq danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib. SİA-nın məlumatına görə, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib ki, sülhün bərqərar olunmasında əfqanların təşəbbüsü olmalıdır. Pakistan isə onlara yardım etməyə hazırdır.

1990-cu illərdə Talibana Əfqanıstanda hakimiyyət başına keçməsinə yardım edən İslamabad 2001-ci ildə ABŞ-a qarşı terror aksiyalarından sonra Taliban hərəkatından üz döndərib. Bəzi ABŞ rəsmiləri Pakistan kəşfiyyat xidmətinin bəzi elelmentlərinin Talibanla münasibətləri bərpa etdiyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə