Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reyslər açılacaq

Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reyslər açılacaq

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) oktyabrın 31-dən başlayaraq Bakı-Gəncə-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcəkdir.

SİA-nın məlumatına görə, QSC-dən bildiriblər ki, hazırda bu istiqamətdə aviareyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirilir. Təyyarə Bakıdan Gəncəyə saat 08.00-da uçur.

Oktyabrın 31-dən bu marşrut üzrə reyslər gündəlik olacaqdır. "ATR-42" markalı təyyarə Bakıdan saat 09.00-da uçacaq və saat 10.00-da Gəncədə olacaqdır. Gəncədən təyyarə saat 15.30-da uçacaq və saat 16.30-da Bakıda olacaqdır.

Bir istiqamətdə biletin qiyməti 56 manat, hər iki istiqamətdə isə112 manat təşkil edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə