Azərbaycanın Türkiyədəki səfiri bu ölkənin Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri bu ölkənin Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Ankarada tanışlıq görüşləri çərçivəsində Türkiyə Baş nazirinin müavini Bülənd Arınçla görüşüb. SİA-nın məlumatına görə, səmimilik şəraitində keçən görüşdə səfir F.Bağırov iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyəsindən bəhs edib. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında imzaladıqları Saziş bu əlaqələrin daha da inkişafına təkan verəcəkdir.

Bülənd Arınç Türkiyə parlamentinin sədri olduğu zaman Bakıya səfərindən, qardaş Azərbaycanda gördüyü yüksək qonaqpərvərlik və səmimiyyətdən bəhs etmiş, ölkəmizi sevdiyini vurğulayıb.

O qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsi digər dövlətlərə örnəkdir və bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə