Məzahir Pənahov: “Namizədlərin lehinə olan ən kiçik məqamları belə qiymətləndirməyə çalışırıq”
"Təşviqat materialları yalnız müəyyən olunmuş yerlərdə asılmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Əks halda günahkarların cəzalandırılacağını söyləyən MSK sədri bildirib ki, təbliğat materiallarının binalara və bu kimi digər obyektlərə yapışdırılması ilk növbədə qayda pozuntusudur: "Heç bir vətəndaşın mənəvi haqqı yoxdur ki, təmir olunan binaların üzərinə şəkillər və müxtəlif təbliğat materialları yapışdırsın. Onları təmizləmək xeyli vaxt və əmək tələb edir".
MSK sədri Seçki Məcəlləsinə görə, təbliğatın da yalnız seçki dairəsinin hüdudlarında aparılmalı olduğunu vurğulayıb: "Bunun əksinə olan hər hansı bir fakt olarsa, MSK bu faktları ciddi şəkildə araşdıracaq".
MSK katibi vəzifəsi ilə bağlı müxalifətin fikirlərinə toxunan M.Pənahov bildirib ki, bu vəzifəyə namizədin irəli sürülməsi Seçki Məcəlləsinə görə Komissiyada olan müxalifət təmsilçilərinin haqqıdır: "Komissiyada olan 6 müxalifət təmsilçisi yığışaraq katib vəzifəsi üçün bir şəxs irəli sürsünlər. Ondan sonra o məsələyə baxıla bilər".
MSK katibi vəzifəsi ilə bağlı Müsavat Partiyasının iddialarına da toxunan sədr bildirib ki, qanunvericilikdə MSK katibi vəzifəsinə Müsavat Partiyasının üzvünün təyin ediləcəyi barədə müddəa yoxdur.
Qeydə alınan namizədlərin sayının da 700-ü keçdiyini deyən M.Pənahov bildirib ki, namizədlərin lehinə olan ən kiçik məqamları belə qiymətləndirməyə çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB