İsa Qəmbərin Ermənistan Ümummilli hərəkatının və Gürcüstanın Respublikaçılar Partiyasının rəhbərləri ilə birgə sənədə imza atmasını Azərbaycan ictimaiyyəti birmənalı şəkildə xəyanət kimi qəbul edir. SİA-nın xəbərinə görə, bu sözlər Azadlıq Hərəkatçıları Birliyinin müraciətində göstərilib. Müraciətdə deyilir: "Azadıq Hərəkatçları Birliyi xalqın bu addıma münaslbətini tamamilə haqlı hesab edir və Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu dövrdə işğalçı Ermənistanın Prezidenti olmuş, faktiki olaraq bu işğal prosesinə rəhbərlik etmiş Levon Ter-Petrosyanla birgə məlum sənədə imza atmasnı on minlərlə şəhidlərin ruhuna, bütövlükdə Azərbaycana misli görünməmiş xəyanət kimi dəyərləndirir".
Birlik həmçinin bütün ölkə ictimaiyyətini, o cümlədən müsavatçılıq ideologiyasının sağlam daşiyıcısı olan vətənpərvər insanları bu biabırçılıqla barışmamağa və bununla bağlı qəti mövqe nümayiş etdirməyə çağrır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB