Elmar Məmmədyarov Gürcüstanın Marneuli rayonunda yaşayan azərbaycanlılarla görüşüb

Elmar Məmmədyarov Gürcüstanın Marneuli rayonunda yaşayan azərbaycanlılarla görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda olub. SİA-nın xəbərinə görə, nazir rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə həmçinin Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze də olub.

 

Qeyd edək ki, bu gün Azərbaycan XİN başçısının Gürcüstanın baş naziri Nika Qilauri, prezident Mixail Saakaşvili ilə görüşləri də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə