Yaxud anti-Azərbaycan dairələri yenidən “iş” başında
Azərbaycana qarşı separatçılıq əməlləri ilə tanınan bir qrup şəxsin – Arif və Leyla Yunusların, keçmiş “KQB” kadrı, Rusiyanın qaranlıq siyasi dairələrinin əsas üzvlərindən sayılan, özünü “hüquq müdafiəçisi” adlandıran Svtetlana Qannuşkinanın, özünə “siyasi mühacir” adı qoyaraq, Ermənistanın xüsusi xidmət orqanlarına işləyən Ataxan Əbilovun, separatçı “Talış Mədəniyyət Mərkəzi”nin və “Tolışi sədo” qəzetinin həbsxanada ölmüş rəhbəri Novruzəli Məmmədovun arvadı Məryəm Məmmədovanın Hollandiyada keçirdikləri toplantı haqqında bir sıra təfərrüatlar məlum olub.
Ataxan Əbilov kimi erməni xüsusi xidmət orqanlarına “verbovka” edib?
Təfərrüatlardan biri və ən əsası isə budur ki, həmin toplantının təşkilatçısı bilavasitə ölkəmizin maraqlarına qarşı qarşı çıxış edən, Rusiyadakı erməni lobbisinin əsas əlaltılarından olan Svetlana Qannuşkinadır. Onu da qeyd edək ki, toplantının fotosunu separatçı A.Əbilov öz “facebook” səhifəsində paylaşıb. Həmçinin, bu həmin A.Əbilovdur ki, 2016-cı ildə Azərbaycandan Ermənistana qaçan digər separatçı Şahin Mirzəyevin düşmən ölkədə sığınacaq tapması üçün Avropanın bir sıra anti-Azərbaycan dairələri üzərindən danışıqlar aparıb, nəticədə Ş.Mirzəyevin erməni xüsusi xidmət orqanları tərəfindən “verbovka” olunmasına nail olub.
Separatçıların və xəyanətkarların bir araya gəlməsində sabiq “KQB” agenti və erməni lobbisinin təlimatçısı Svetlana Qannuşkinanın əsas rol alması təsadüfi sayıla bilməz
Belə bir vəziyyətdə Arif və Leyla Yunusların da sözügedən toplantıya qatılmalarından isə əslində təəccüblənməyə dəyməz. Daha dəqiq desək bu iki ər-arvadın damarlarında zatən erməni qanı axır və bu səbəbdən, onların Azərbaycan əleyhinə toplantılara qatılmaları gözlənilən idi. Yeri gəlmişkən, o da sirr deyil ki, L.Yunus hazırda özünü Avropanın bir sıra ermənipərəst dairələri ilə əlaqəli göstərsə də, onun Rusiyanın qaranlıq siyasi dairələri ilə əməkdaşlığının tarixi onun müdafiə nazirliyində işlədiyi dövrlərə gedib-çıxır. Hələ o zamanlar, erməni kəşfiyyatına ötürülən gizli hərbi məlumatları L.Yunus Rusiya vasitəsilə reallaşdırırdı və bu barədə kifayət qədər faktlar mövcuddur.
Leyla və Arif Yunuslar Azərbaycanm-Avropa qurumları arasında qalmaqallar yaratmağa, həmin münasibətləri pozmağa yönəlik çirkin planlarını işə salmağa başlayıblar
Ona görə də separatçıların və xəyanətkarların bir araya gəlməsində sabiq “KQB” agenti S.Qannuşkinanın əsas rol alması təsadüfi sayıla bilməz. Çünki L.Yunusla S.Qannuşkina çoxdanın siyasi “cici-bacılarıdırlar” və Qannuşkina özünü “hüquq müdafiəçisi” kimi göstərsə də əsas işi Rusiyanın Avropada fəaliyyət göstərən təsisatlarının tapşırıqlarını həyata keçirməkdən ibarətdir. Xüsusilə, Azərbaycanın Avropa Şurası, Avropa Parlamenti və Avropa İttifaqı və s. təsisatları ilə münasibətlərinin isti olduğu bir vaxtlarda S.Qannuşkina L.Yunus və onun kimi tipləri ələ alaraq, Azərbaycanm-Avropa qurumları arasında qalmaqallar yaratmağa, həmin münasibətləri pozmağa yönəlik çirkin planlarını işə salmağa başlayır.
Məhz bu baxımdan, istər Avropa təsisatları, istərsə də Rusiya ilə münasibətlər fonunda Azərbaycan böyük üstünlüklər əldə edib, dövlət maraqlarını ən yüksək səviyyədə tətbiq edərkən, keçmiş “KQB” agenti və erməni lobbisinin əsas adamı olan Qannuşkina dərhal fəaliyyətə keçir. Ona görə də Hollandiyada keçirilən separatçı görüş də bu amillərə hesablanıb desək, heç də yanılmarıq. Əbəs yerə deyil ki, Avropanın aparıcı təsisatlarında ölkəmizə qarşı layihələrin əsas təklif verəni kimi S.Qannuşkina birbaşa əsas müəllif olaraq göstərilir.
Zamanı çatanda bu ünsürlərin bilavasitə Azərbaycan qanunları və xalqı qarşısında cavab verməli olacaqlarını da indidən demək olar
Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, hazırda Azərbaycan dövləti ilə Avropa İttifaqı arasında kifayət qədər əhəmiyyətli məqamlara əsaslanan, ölkəmizin maraqlarına cavab verən yeni əməkdaşlıq sazişi imzalanacaq. Bu baxımdan, hazırda Hollandiyada keçirilən separatçı görüşün arxasında dayanan əsas çirkin ideyalardan biri sazişin imzalanmasına əngəl yaratmaqdan ibarətdir. Daha doğrusu, Rusiyanın qaranlıq siyasi dairələrinin əsas fiqurlarından olan Qannuşkina Avropadakı separatçıların əli ilə ölkəmizə qarşı növbəti təxribatları reallaşdırmaq, xüsusilə 2018-ci ildə Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini bildikləri üçün bu ətrafda planlar cızırlar. Bu planların cızılmasında Arif və Leyla Yunusların, A.Əbilovun, M.Məmmədovanın və s. xainlərin də cəlb olunması da söz yox ki, əbəs deyil.
Belə olan vəziyyətdə, artıq bu kimi ünsürlərin qarşısının alınmasının tam zamanıdır və söz yox ki, onların bu fəaliyyətləri nəticəsiz qalacaq. Çünki Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin qətiyyətli iradəsi, yürüdülən müdrik siyasət daha öncələr də bu cür təxribatçıların qarşısını zamanında almağı bacarıb. Hətta zamanı çatanda bu ünsürlərin bilavasitə Azərbaycan qanunları və xalqı qarşısında cavab verməli olacaqlarını da indidən demək olar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB