Livanda diplomat qadın vəhşicəsinə öldürülüb

Livanda diplomat qadın vəhşicəsinə öldürülüb

İngiltərənin Livan səfirliyində çalışan Rebekka Daykes adlı diplomat qadın magistral yolun yaxınlığında ölmüş vəziyyətdə tapılıb. Bu barədə İngiltərənin “Teleqraf” qəzeti məlumat yayıb. İngilis qəzetinin yazdığına görə, 30 yaşlı diplomat Beyrutda dostları ilə birgə görüşdüyü bardan çıxdıqdan sonra öldürülüb.

Daykesin cinsi təcavüzə məruz qaldığı və daha sonra boğularaq öldürüldüyü ehtimal edilir. Olayla bağlı rəsmi açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə