Azərbaycanlı alim MDB-nin dövlətlərarası komissiyasının iclasında iştirak edəcək

Azərbaycanlı alim MDB-nin dövlətlərarası komissiyasının iclasında iştirak edəcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Adil Qəribov oktyabrın 18-dən 21-nə kimi Belorusiyanın paytaxtı Minsk şəhərinə səfər edəcək. Bu barədə SİA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Müstəqil Dövlətlər Birliyinin atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyasının iclasında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə