“BMT Təhlükəsizlik Şurasının nailiyyətlər, perspektivlər” mövzusunda konfransı keçirilib

“BMT Təhlükəsizlik Şurasının nailiyyətlər, perspektivlər” mövzusunda konfransı keçirilib

Bu gün Avropa otelinin Azərbaycan zalında BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin 10 illiyinə həsr olunmuş "Nailiyyətlər, Perspektivlər" mövzulu konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfrans İsveçin "Kvinna till Kvinna" fondunun dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qadın Problemlərinin Tədqiqat Birliyi - Qadın İnstitutu təşkil edib.

Qeyd edək ki, 2000-ci il oktyabr ayında bu barədə qətnamə qəbul edilmişdi. Konfransda Milli Məclis üzvləri, dövlət strukturları, beynəlxalq təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatları nümayəndələri iştirak ediblər. Konfransın açılışını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova edib.

O iştirakçıları salamladıqdan sonra tədbirin mahiyyəti barədə konfrans iştirakçılarına geniş açıqlamalar verib.

Daha sonra YUNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herovard çıxış edib. O, Gender və hüquqların bərabərliyindən, demokratik cəmiyyətin mühüm əsaslarından bəhs edib. Azərbaycanda Gender və hüquq bərabərliyininin geniş imkanları olduğuna toxunub.

Sonra Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun direktoru Səcidə Əbdulvahidova çıxış edib. O qadın problemlərindən və əldə etdikləri uğurlu nailiyyətlərdən geniş danışıb. Səcidə Əbdulvahidova onu da qeyd edib ki, bu gün Azərbaycan qadınlarının vahid bir koalisiyada birləşməsi ən böyük nailiyyətimizdir.

Daha sonra o, layihəsinin direktoru olduğu kitabı (Jurnalistlər üçün Sülh və Gender Bərabərliyi təhsili) təqdim edib. O, mətbuatin bu sahədə böyük rolu olduğunu qeyd edib.

Daha sonra isə "Kvinna till Kvinna" fondunun baş katibi Lena Ag danışıb. O da öz növbəsində tədbirin mahiyyəti barədə danışıb. Qonaq bildirib ki, biz qadınlar qarşımızda duran problemlər qarşısında hər zaman həmrəy olmalı və bir çox problemlərin qarşısını almaq üçün fəaliyyət göstərməliyik.

Daha sonra koalisiya nümayəndələri məruzələrlə çıxışlar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə