"ELS" ölkənin 34 rayonunda intervüerlər üçün təlimləri başa çatdırıb
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 7-də Milli Məclisə 4-cü çağırışla bağlı keçiriləcək seçkilərdə "Ekzitpol" tədqiqatını reallaşdırmaq məqsədilə oktyabrın 8-dən başlayaraq respublikanın bir sıra rayonlarında təlimlərə start verib.
SİA-nın məlumatına görə, artıq 34 rayonda -Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Şirvan, Oğuz, Mingəçevir, Füzuli, Xocavənd, Ağdam, Beyləqan, Ağcabədi, İmişli, Astara, Tərtər, Bərdə, Naftalan, Goranboy, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Yevlax, Saatlı, Sabirabad, Salyan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda intervüerlər üçün təlimləri başa çatdırıb.
Təlimlər zamanı intervüerlərə "Ekzitpol" tədqiqatı aparakən görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunukasiya texnologiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar izah olunub. Eyni zamanda seçki günü "Ekzitpol" tədqiqatında iştirak edəcək supervayzerlər də təlimlərə qatılıb və onlara fəaliyyət istiqamətləri barədə məlumatlar verilib. Mərkəz tərəfındən həyata keçirilən təlimlər respublikanın digər rayonlarında davam etdirilir.
Qeyd edək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı "Ekzitpol" tədqiqatını həyata keçirib. Ötən seçki illərindən fərqli olaraq, mərkəz bu il noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində 118 dairə üzrə 1180 məntəqədə "Ekzitpol" tədqiqatı həyata keçirəcək. "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin "Ekzitpol" tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarhğı nəzərə ahnaraq, təşkilat Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB