Astarada namizədlərin təbliğat- təşviqat aparması üçün lazımi şərait yaradılıb
Astara rayonunda noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə 77 saylı Astara və 76 saylı Lənkəran-Astara Seçki Dairələri fəaliyyət göstərir. SİA-nın cənub bürosunun məlumatına görə, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Astara rayonu üzrə fəaliyyət göstərən 23 seçki məntəqəsində 18 min 573 nəfər, 77 saylı Astara Seçki Dairəsində fəaliyyət göstərən 45 seçki məntəqəsində 35 min 669 seçici qeydiyyatdadır.
Artıq Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə təsdiq edilmiş "Təqvim planı"na uyğun olaraq Milli Məclisə deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatıb.
77 saylı Astara Dairə Seçki Komissiyasının (DSK) sədri Hikmət Əkbərovun bildirdiyinə görə, Milli Məclisə deputatlığına namizədliyini irəli sürmüş 10 nəfərdən 4-ü DSK-da qeydə alınıb. Deputatlığa namizədlərin 1 nəfəri Yeni Azərbaycan Partyiyasının, 1 nəfəri Klassik Xalq Cəbhəsi Partiyasının təmsilçisi, iki nəfəri isə seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyini irəli sürənlərdir.
76 saylı Lənkəran-Astara Seçki Dairəsinin sədri Məzahir Əliyevin sözlərinə görə, Milli Məclisə deputatlığa namizədliyi irəli sürmək üçün ərizə ilə müraciət edən 10 nəfərdən yalnız 2 nəfəri qeydə alınıb. Bunlardan bir nəfəri Yeni Azərbaycan Partiyasını, digəri isə AXCP-Müsavat blokunu təmsil edir.
Məlum olduğu kimi oktyabrın 15-dən namizədlərin təbliğat-təşviqat kampaniyası start götürüb. Bu məqsədlə rayon ərazisində açıq və qapalı yerlər müəyyən edilib. Təbliğat- təşviqat aparmaq üçün lazımi şərait yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB