Bu gündən parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası başladı

Bu gündən parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası başladı

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. SİA-nın məlumatına görə, qanunvericiliyə əsasən, təşviqatın aparılması seçki gününə 24 saat qalmış, yəni noyabrın 6-da saat 08.00-da dayandırmalıdır. Bu, həm qeydə alınmış namizədlərə, həm namizədi qeydə alınmış siyasi partiyalar və seçki bloklarına aiddir.

Qeyd edək ki, indiyədək 695 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 13 nəfər isə namizədliyini geri götürüb. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 1412 nəfər imza vərəqi götürüb. Onlardan 1115-i imza vərəqlərini və digər zəruri sənədləri DSK-lara təqdim edib. 297 nəfər imza vərəqlərini geri qaytarmayıb, 74 nəfər isə namizədlikdən imtina edib.

 

Xatırladaq ki, parlament seçkiləri noyabrın 7-də keçiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə