"Ballistik raket təhdidlərinin hardan gəldiyinə baxdığımız zaman Türkiyə daha ön cəbhələrdə yer alır"
Bu gün Brüsseldə NATO müdafiə və xarici işlər nazirlərinin toplantısı başlayıb. SİA-nın məlumatına görə, ittifaq tarixində ilk dəfə müdaifə və xarici işlər nazirləri eyni toplantida bir araya gəlir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və müdaifə naziri Vəcdi Könül də toplantıda iştirak edir. Toplantının əsas müzakirə mövzusu Türkiyəni də yaxından maraqlandıran raket müdafiə sistemləri layihəsidir.
Pentaqon toplantıdan əvvəl yaydığı açıqlamada Türkiyənin raket müdaifə sistemlərinin bəzi hissələrinə ev sahibliyi edə biləcəyini açıqlayıb. ABŞ Müdafiə Nazirliyinin Avropa və NATO siyasətinə məsul nümayəndəsi Cim Tovsend "ballistik raket təhdidlərinin hardan gəldiyinə baxdığımız zaman Türkiyə daha ön cəbhələrdə yer alır" deyib.
NATO-nun baş katibi Anders Foq Rasmussen də alyans üzvü olan ölkələrin müdafiəsinin vacib olduğunu deyib və mödern təhdidlərə qarşı modern müdaifə sistemlərinə ehtiyac olduğunu vurğulayıb.
Raket müdafiə sistemlərinin ittifqaın gündəliyində olduğunu bildirən Rasmussen "təhdid açıq, inkanlar mövcud, maliyyə isə ödənə bilər" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB