Bakıda III Beynəlxalq konfrans keçiriləcəkdir

Bakıda III Beynəlxalq konfrans keçiriləcəkdir

MDB Maliyyə-Bank Şurası, Azərbaycan Beynəlxalq Bankı MDB İcraiyyə Komitəsinin dəstəyi ilə oktyabrın 20-23-də Birlik dövlətlərinin "Maliyyə təsisatları–MDB ölkələrinin iqtisadiyyatının struktur modernləşdirilməsinin əsasları" mövzusunda III Beynəlxalq konfrans keçiriləcəkdir.

SİA-nın məlumatına görə, konfransda MDB-nin hökumət və nazirliklərinin, beynəlxalq inkişaf təsisatlarının nümayəndələri, habelə MDB, Avropa və Asiyanın milli (mərkəzi) və iri banklarının rəhbərləri iştirak edəcəklər.

Konfransın proqramında MDB ölkələrinin iqtisadiyyatının modernləşdirilməsində maliyyə təsisatlarının iştirakı məsələlərinin müzakirəsi nəzərdə tutulub. Geniş iclaslarda MDB-nin maliyyə infrastrukturunun modernləşdirilməsinin zəruriliyi, iqtisadiyyatların struktur modernləşdirilməsi proqramlarının maliyyələşdirilməsində milli və beynəlxalq inkişaf təsisatlarının təcrübəsi, modernləşdirmə layihələrinin maliyyələşdirilməsində beynəlxalq bank birliklərinin və assosiasiyalarının rolu kimi aktual problemlər müzakirə olunacaqdır.

Konfrans iştirakçılarını qədim Bakıda şərq qonaqpərvərliyi və maraqlı mədəni proqram gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə