Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərlə görüşüblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərlə görüşüblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərlə görüşüblər. BQXK Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynovanın SİA-ya verdiyi məlumata görə, beynəlxalq qurumun nümayəndələri oktyabrın 13-də Azərbaycanda saxlanılan 6 hərbi əsir və bir erməni ailəsinə baş çəkiblər. BQXK nümayəndələri onların saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 6 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı saxlanılır. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar bu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Əsirlərdən 3-ü 2009-cu ilin fevralında, 2-si 2009-cu ilin mayında, 1-i isə eyni ilin iyulunda Azərbaycan tərəfə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə