Səbail rayonu ərazisində ilk dəfə səs verəcək gənclər üçün seminar keçirilib

Səbail rayonu ərazisində ilk dəfə səs verəcək gənclər üçün seminar keçirilib

Bu gün Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Səbail rayonu ərazisində ilk dəfə səs verəcək gənclər üçün seminar keçirilib. SİA-nın məlumatına görə, seminar Azərbaycan Pedaqoji Universitetinin akt zalında təşkil olunub.

Tədbirdə Səbail rayonu İcra Hakimiyyətinin başçısının müavini Xalidə Bayramova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, 29 saylı Səbail Rayon Dairə Seçki Komissiyasının nümayəndəsi Zinnun Zərbəliyev və digərləri iştirak ediblər.

Seminara 120 nəfər ilk dəfə səs verəcək gənclər qatılıblar. Seminarda gənclərin necə səs vercəkləri, hansı qaydalara əməl etməli olduqları barədə məlumat verilib.

Mərasimdə çıxış edənlər onların müstəqil şəkildə, təxribatlara uymadan səs vermələrinin vacibliyindən danışıblar. Gənclərin səsvermədə iştirakının vacibliyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə