ARDNŞ təqaüdünün verilməsi üzrə müsabiqədə iştirak edən tələbələrin nəzərinə...

ARDNŞ təqaüdünün verilməsi üzrə müsabiqədə iştirak edən tələbələrin nəzərinə...
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdünün verilməsi üzrə müsabiqədə iştirak edən tələbələrə müraciət edib. Bu barədə SİA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş tələbələrə "Buraxılış vərəqə"ləri 14-15 oktyabr hər gün saat 10:00-dan 17:00-dək TQDK-nın binasında paylanacaq.

Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Hər hansı səbəbdən şəxsiyyət vəsiqəsi özündə olmayan namizədlər imtahanda iştirak etməyə icazə almaq üçün gecikmədən komissiyaya müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə