Siyasi partiya və partiya blokları emblemlərini iki gün ərzində MSK-ya göndərməlidirlər
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki bülleteni hazırlanarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü maddə¬sinə uyğun irəli sürülərək qeydə alınmış deputatlığa namizədlər barədə digər məlumatlarla yanaşı, həmin namizədlərin mənsub olduğu siyasi partiyanın emblemi də göstərilməlidir. SİA-ya bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, seçkilərdə iştirak edən siyasi partiyalar və siyasi partiyaların bloklarından irəli sürdükləri qeydə alınmış deputatlığa namizədlərin mənsub olduğu siyasi partiyaların emblemlərinin iki gün ərzində MSK-ya göndərilməsini təmin etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB