Əliməmməd Nuriyev: “Yeni ildə əfv sərəncamı ola bilər” AÇIQLAMA

Əliməmməd Nuriyev: “Yeni ildə əfv sərəncamı ola bilər” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq ilin müxtəlif vaxtlarında əfv sərəncamları imzalanır”. Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günündə gözlənilən növbəti əfv Sərəncamına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident bu hümanist addımı mütəmadi olaraq davam etdirir: "Şübhəsiz ki, əfv komissiyasının belə iclaslarının keçirilməsi yeni şəxslərin əfv olunması ilə bağlıdır. Əfvetmə haqqında fərmana görə, komissiyanın müzakirəsindən keçən şəxslərin siyahısı cənab Prezidentə təqdim olunur. Təbii ki, ölkə başçısı da bununla bağlı müvafiq sərəncam imzalayır. Dövlət başçısı hümanizmi əsas götürərək, müstəsna səlahiyyətlərinə aid olaraq sərəncam imzalamaqla bir qrup şəxslərin azadlığa çıxmasına yeni imkanlar yaradır. Əfv komissiyasının burada fəaliyyəti heç şübhəsiz ki, əhəmiyyətlidir. Komissiyanın təqdim etdiyi siyahı o demək deyil ki, cənab Prezident tərəfindən bütün o şəxslər azad ediləcək. İnanıram ki, əfv komissyasının ölkə başçısına etdiyi müraciətlər nəzərə alınacaq".

Ə.Nuriyev bildirib ki, ötən ilin mart ayında Novruz bayramı münasibətilə Prezident tərəfindən çox böyük əfv sərəncamı oldu: “Əfv Komissiyası katibliyi və əfv sektoru daimi işləyir. Onlar vətəndaşlardan, məhkumlardan, onların ailə üzvlərindən, vəkillərindən, deputatlardan, eyni zamanda beynəlxalq qeyri-hökumət təşkilatlarından, yerli hökumət təşkilatlarından daxil olan müraciətləri araşdırırlar, baxırlar və öyrənirlər. Hələki iclasımız olmayıb. Amma məlumatlar, rəylər hazırlanır. Bu hər zaman belə olub. 2017-ci ilin mart ayına qədər 1000 minə yaxın müracət daxil olmuşdu. O müraciətlərin də 900-ə yaxını birbaşa komissiyada baxılıb və müvafiq rəylər verilmişdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə