Bahar Muradova: "Qanunlarımızda hüquqların bərabərliyi əsas götürülüb"
"Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Onun sözlərinə görə, Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb: "Ölkədə dini etiqad azadlığı qorunur".
B.Muradova qeyd edib ki, ictimai-siyasi sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edilir.
Vitse-spiker deyib ki, 15 il ərzində Azərbaycanda Ombudsman İnstitutu özünü möhkəmlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB