"Azərbaycan xalqı dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir" MÜNASİBƏT

"Azərbaycan xalqı dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir" MÜNASİBƏT

"Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir". Bunu SİA-ya Milli Məclisin deputatı Bəxtiyar Əliyev Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsinə münasibət bildirərkən deyib.

Əhalinin Prezidentə inandığını və dövlət başçısının ətrafında sıx birləşdiyini deyən B.Əliyev bildirib ki, Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri müşahidə edir və bütün bunlardan düzgün nəticə çıxarır: “Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə