Litvalı nazir: "Münaqişənin həll olunmaması region üçün təhlükə yaradır"

Litvalı nazir: "Münaqişənin həll olunmaması region üçün təhlükə yaradır"

"ATƏT ərazisində mövcud olan münaqişələrin həllində heç bir irəliləyişin olmaması regionun təhlükəsizliyinə zərbə vurur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Litva xarici işlər naziri Linas Linkeviçius Vyanada ATƏT-in xarici işlər nazirlərinin sammitində qeyd edib.

"Gürcüstan, Moldova və Dağlıq Qarabağda davam edən münaqişələrin həlli istiqamətində heç bir irəliləyişin olmaması ATƏT-in regional təhlükəsizliyini təhdid edir"- deyə, XİN başçısı bildirib.

Linkeviçius 2018-ci ildə ATƏT-in İtaliya sədrliyini alqışlayaraq, bu ölkənin ilin problemlərini aradan qaldırmasında uğurlar arzulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə