“Suteddeutsche Zeitung”: "“Nabucco” İrana qarşı qəbul olunan sanksiyalar üzündən yatdı”

“Suteddeutsche Zeitung”: "“Nabucco” İrana qarşı qəbul olunan sanksiyalar üzündən yatdı”

"Nabucco" layihəsi İrana qarşı qəbul olunan sanksiyalar üzündən yatdı". SİA-nın məlumatına görə, bu sözləri "Sueddeutsche Zeitung" jurnalı yazıb. Jurnal Avropa Birliyinin İran əleyhinə qəbul etdiyi sanksiyaların "Nabucco"nun gələcəyini təhlükə altına qoyduğunu qeyd edib.

 

"Suteddeutsche Zeitung" jurnalı Avropa Birliyinin ABŞ-ın İran əleyhinə olan siyasətinə dəstək verərək İranın neft və təbii qaz sektorunda hər cür investisiyaları qadağan etdiyini, halbuki İranın Azərbaycannın "Şahdəniz" yatağında 10 faizlik paya malik olduğunu bildirib. Jurnal yazır ki, İranın "Nabucco"ya qoşulmasını istəməyən ABŞ-ın siyasətinə görə, kəmərin doldurulması üçün lazım olan təbii qazı vermək üçün hələlik tək variant Azərbaycandır.

 

Qeyd edək ki, layihə çərçivəsində ilk olaraq üç xətt nəzərdə tutulmuşdu. Bunlar İran-Türkiyə, İraq-Türkiyə və Azərbaycan-Türkiyə xətləri idi. İrana qarşı yeni sanksiyaların qəbulu və bu ölkənin nüvə probleminin getdikcə gərginləşməsinin nəticəsi olaraq "Nabucco" Konsorsiumu İran-Türkiyə xəttini siyahıdan çıxardı. Ekspertlərin bir hissəsi də bu addımın layihənin həyata keçirilməsinə ciddi maneə yaradacağı qənaətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə