İraqda hərbi әmәliyyatlar aparılmasını nәzәrdә tutan qәtnamәnin müddәti daha bir il uzadılıb

İraqda hərbi әmәliyyatlar aparılmasını nәzәrdә tutan qәtnamәnin müddәti daha bir il uzadılıb

Türkiyә Böyük Millәt Mәclisindә tәhlükәsizlik qüvvәlәrinin Türkiyә sәrhәdlәrindәn kәnarda әmәliyyatlar aparmaq sәlahiyyәtinin müddәtinin daha bir il uzadılmasını nәzәrdә tutan qәrar layihәsi qәbul edilib.

SİA-nın məlumatına görə, bağlı qapılar arxasında keçirilәn iclasda 428 millәt vәkili qәrar layihәsinin lehinә sәs verib.

İraqın şimalında әmәliyyatlar aparılmasını nәzәrdә tutan qәtnamәnin müddәti oktyabrın 17-dәn etibarәn daha bir il uzadılıb.

Qapalı iclasda daxili işlәr naziri Bәşir Atalay Mәclisә terrora son qoyulması vә demokratik addımların davam etdirilmәsi istiqamәtindә bir müddәtdir aparılan danışıqlar barәdә mәlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə