Çilidə 69 gündür yerin dәrinliyindә qalan mәdәn işçilәrindәn 20-i xilas edilib

Çilidə 69 gündür yerin dәrinliyindә qalan mәdәn işçilәrindәn 20-i xilas edilib

Çilidə 69 gündür yerin 625 metr dәrinliyindә qalan mәdәn işçilәrindәn 20-i yer üzünә çıxarılıb. SİA-nın məlumatına görə, rәsmilәr yerin altında qalan 13 mәdәn işçisinin iki gün әrzindә xilas edilәcәklәrini bildirirlәr.

Xilasetmә әmәliyyatları zamanı sağlıq problemlәrilә bağlı bütün tәdbirlәr görülüb. Çili dövlәt başçısı Sebastian Pinera xilasetmә әmәliyyatlarına yerindә şәxsәn nәzarәt edir.

Boliviya prezidenti Evo Moralisin dә bölgәyә gedәcәyi gözlәnilir.

Xilasetmә әmәliyyatları mindәn çox kütlәvi informasiya vasitәlәrinin nümayәndәlәri tәrәfindәn izlәnilir.

Bütün xəbərlər Facebook səhifəmizdə